Siyasət

19 Avqust

Tramp avqustun sonuna qədər Putin və Zelenski görüşünü ümid edir

Finss.az - ABŞ Prezidenti Donald Tramp, Avqust ayının sonuna qədər Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıqların təşkil olunacağına ümid etdiyini açıqlayıb.

Bu barədə Axios jurnalisti Barak Ravid sosial şəbəkə X-də etibarlı mənbəyə istinadla məlumat yayıb.

Ravid bildirib ki, “Olaqdan xəbərdar olan mənbə Putinin və Zelenskinin görüşü avqustun sonuna qədər keçirilə biləcəyinə ümid olduğunu açıqlayıb”.

Qeyd edək ki, avqustun 18-də Tramp Ağ Evdə Zelenski ilə danışıqlar aparıb. Daha sonra ikinci görüşdə Almaniya kansleri Fridrix Merts, Böyük Britaniya baş naziri Kir Starmer, İtaliya baş naziri Corcia Meloni, Fransa Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stub iştirak ediblər.

Eləcədə bax: Lionel Messi ABŞ-n “İnter Mayami” klubunda 875 qol vuraraq tarixi rekorda imza atdı